Jurnalistlər üçün tikilmiş binadakı mənzillər şəhid ailələrinə veriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov Feysbukda hesabında bildirib.
"Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 20 ünvanında yerləşən 255 mənzilli binadakı mənzillərin ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinə və həmin döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş igid Vətən övladlarının mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün istifadə edilməsi nəzərdə tutulub", - deyə o, əlavə edib.
- Cəbi Quliyevə yeni vəzifə verildi – Sərəncam
- Bayramov daha bir baş həkimi işdən çıxardı
- Qobu-Lökbatan yolunda ağır qəza: iki futbolçu öldü
- Sənə yazığım gəlir…
- Bədəninə sancılan dirəklə 16 kilometr yol getdi - Foto
- Yeni sağlamlıq böhranı ilə bağlı - ÜST-dən xəbərdarlıq
- FIFA futbolu nəhəng biznesə çevirmək planını açıqladı - Trampın qohumu rəhbərlik edəcək
- Bu ölkədə helikopter qəzaya uğradı - Yüksəkvəzifəlilər öldü