Yaxın həftələrdə Azərbaycan çox ciddi tədbirlər görəcək: “Qisas” əməliyyatının davamı?

15:54 - 30 Avqust 2023 - CƏMİYYƏT

 Yaxın həftələrdə Azərbaycan çox ciddi tədbirlər görəcək: “Qisas” əməliyyatının davamı?

“Qarabağda baş verənlər bizim ilk dəfə rastlaşdığımız hal deyil. Çünki müharibə vaxtı küncdə-bucaqda gizlənənlər indi Azərbaycana qarşı revanşist meylli fikirlər səsləndirir, Azərbaycanın sülh və birgəyaşayışın təminatı üçün irəli sürdüyü təklifləri geri çevirir”.

Bu sözləri  açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib.

Hərbi ekspert Azərbaycanın Xankəndiyə göndərdiyi 40 ton un məhsulunun Xocalı rayonun girişində dayandırılmasına, habelə Qarabağ ermənilərinin Əsgəran-Xankəndi yolunu bağlayaraq humanitar yardıma qarşı çıxmasına münasibət bildirib.

Ə .Verdiyevin fikrincə, belə bir hal məğlub, məzlum, döyülmüş, söyülmüş və darmadağın edilmiş bir orduya malik Ermənistan və onun dəstəklədiyi Qarabağ silahlıları üçün ağrılı-acılı nəticələrə gətirib çıxaracaq:

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

“Biz prosesləri bir-birinə qarışdırmayaq. Humanitar yardımın göndərilməsi ilə hərbi əməliyyatların keçirilməsi, yaxud təmizləmə proseslərinin davam etdirilməsi ayrı-ayrı hadisələrdir”.

Müsahibimiz hesab edir ki, Azərbaycan tərəfi bizə qarşı törədilən təxribatlara, o cümlədən aviasiya vasitələrinə qarşı radiomaneələrin yaradılması, qanunsuz erməni silahlı birləşmələrinin ərazidən çıxarılmaması, yollarımızın bağlanmasına qarşı yaxın günlərdə, yaxud yaxın həftələrdə çox ciddi tədbirlər görəcək:

“Əvvəlki illərin təcrübəsi də göstərir ki, Azərbaycan tərəfi erməni təxribatlarına müəyyən qədər təmkinlə yanaşsa da, sonunda bu təxribatların qarşısını kifayət qədər təsirli və adekvat şəkildə almağa nail olub. Bu dəfə də istisna edilmir”.

O, həmçinin əlavə edib ki, hərbi əməliyyatların lokal şəkildə olması mümkündür:

“Lakin rəsmi Bakının daha çox təmizləmə proseslərinə üstünlük verəcəyini düşünürəm. Ordumuz keçən ilin martından bu günə qədər 12 dəfə yerdəyişmələr icra edib. Yəqin ki, bu proseslərin davamı olacaq. Ola bilsin, növbəti əməliyyat “Qisas” əməliyyatının davamı kimi, ola bilsin ki də erməni silahlılarının təmizlənməsinə aid bir əməliyyat olsun. Bunun necə adlandırılacağı çox da böyük əhəmiyyət daşımır. Lakin hər bir halda keçirilən əməliyyatın məqsədi erməni silahlılarının fəaliyyət sahəsini minimallaşdırmaq, onların manevrlərini, yerləşdiyi ərazidinin miqyasını minimuma endirməkdən ibarət olacaq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol