İtkin düşmüş gənc alim Elnur Nəciyev avqustun 29-u səhər saat 12-də yağışa düşərək çətin vəziyyətdə olduqlarını, islandıqlarını və soyuqdan donduqlarını bildirərək, FHN-ə zəng vurulmasını xahiş edib.
Bu barədə BUTA.TV-a açıqlamasında alim Elnur Nəciyevin həyat yoldaşı Günay Nəciyeva məlumat verib.
“Tarixçi və coğrafiyaçı olduqları üçün ekspedisiya məqsədilə dağlıq əraziyə gediblər. Tarixi abidələri, qəbiristanlığı ziyarət edir, həmin ərazinin tarixini araşdırırlar. Avqustun 26-sı gedib, 28-i qayıdacaqdılar. Lakin dumanlı hava səbəbindən yolu azaraq itkin düşüblər”, - Nəciyeva bildirib.
Onun sözlərinə görə, E. Nəciyev getdiyi hər istiqaməti bildirdiyi üçün onu tapmaq nisbətən asan olub:
“Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”
“Elnur Nəciyev getdiyi hər istiqamətin videosunu, koordinatlarını telefon vasitəsilə göndərirdi. Axırıncı dəfə isə koordinatı atıb dedi ki, İsmayıllı rayonunun hansısa kəndinə düşüb, axşama da evə qayıdırlar. Bu səbəbdən onları tapmaq nisbətən asan oldu. Ayın 28-i bu formada əlaqə qurduqdan sonra isə əlaqə kəsildi. Elnur Nəciyevin göndərdiyi koordinatları Coğrafiya İnstitutu ilə dəqiqləşdirdikdən sonra Fövqəladə Hallar Nazirliyinə məlumat verdim. Hazırda yanlarında Fövqəladə Hallar Nazirliyinin 15-17 nəfər əməkdaşı var”.
Qeyd edək ki, Elnur Nəciyev Bakı Mühəndislik Universitetinin baş müəllimi, Emil Cəbrayılov isə AMEA-nın Coğrafiya İnstitutunun elmi işçisi dumanlı hava səbəbindən dağlıq ərazidə itkin düşmüşdülər.
- AZAL Qarsa ilk reysini həyata keçirdi - Foto
- Baş nazirdən Kərim Kərimovla bağlı qərar
- Laçında kiçik təsərrüfatlara mediatur təşkil edildi
- Tiktoker Müjgan həbs edildi
- Prezidentlə xanımı Qırğızıstana getdi
- Növbəti maarifləndirmə tədbirləri Xankəndidə keçirildi
- Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır
- Yeni funksiya: Şəxsiyyət vəsiqəsini skan et, biletini al