Sosial şəbəkələrdə Azərbaycanda oktyabr ayından benzinin bahalaşacağı bildirilir. Məlumatlara görə, Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1,50, Aİ-95-in isə 2,50 AZN olacaq.
Bununla bağlı açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə deyib ki, benzinin bahalaşmasına əsas görmür. “Rəsmi mənbə belə bir məlumat vermirsə, deməli, bu, sadəcə, söz-söhbətdir. Benzinin bahalaşacağı barədə heç yerdə nə rəsmi məlumat görmüşəm, nə oxumuşam, nə də hardansa eşitmişəm. Şəxsən belə bir məlumatım yoxdur”, - deputat bildirib.
- Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan
- ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
- Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan
- 95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!
- Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…
- Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir
- AB və Azərbaycan arasında mühüm müzakirə
- Bakı bu ölkənin vətəndaşları üçün vizasız rejim təklif etdi