“Qarabağ” futbol klubunu və bütün azarkeşləri təbrik edirəm.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.
O, Ağdam təmsilçisinin 8-ci dəfə UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanmasına münasibət bildirib:
“Komandamız ardıcıl 10-cu dəfə avrokubokların qrupunda mübarizə aparacaq. Demək olar ki, bütün qış boyu doğma stadionumuzda futbola baxa biləcəyik”.
Püşkatmanın nəticəsini də dəyərləndirən nazir Azərbaycan çempionundan bu dəfə daha yaxşı nəticələr gözlədiyini gizlətməyib:
“Artıq rəqiblərimiz bəllidir. Çox istərdim ki, qrup oyunlarının sonunda nəticələr yaxşı olsun və biz növbəti mərhələyə adlayaq. Bildiyiniz kimi, iki ildir pley-off mərhələsində dayanmışıq. Bir azarkeş və idman naziri kimi çox istərdim ki, bu dəfə həmin səddi də aşaq”.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında Almaniyanın “Bayer”, Norveçin “Molde” və İsveçin “Haken” klubları ilə birlikdə H qrupunda mübarizə aparacaq.
- Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı
- Prezident həmkarları ilə qolf oynadı - Fotolar
- “Vulkanın üstündə ev tikdilər, indi yatdığımız yerdə uçub tökülür” - Fotolar
- Abşeron və Qaradağ əməliyyat: saxlanılanlar var - Video
- Bu universitet bağlandı: tələbələrin aqibəti necə olacaq?
- Bakı Qızlar Universiteti fəaliyyətini dayandırdı - Rəsmi
- Notarius məhkəmə zalında həbs edildi
- Vyetnam musiqisini “GabalaFest”də ucaldan səslər