Depressiyadayam, danışmağa halım yoxdur. Neyləyək, qismətim belə imiş... Həyatımda olan hadisələri paylaşmağa çox qorxurdum, amma mən çox səhv düşünmüşəm, məni kimsə qınamadı, hər kəs dəstək oldu. Yüngül əməliyyat keçirəcəm, bu, ağır əməliyyata hazırlıq olacaq. Dualarınız mənimlə olsun.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu sözləri bədəninin çürüdüyünü deyən influenser Leyla Mirzəliyeva İnstaqram səhifəsində yazıb.
O, bildirib ki, plastik və estetik əməliyyatlar səbəbindən səhhətində ciddi problem yaranıb.
Məlumat üçün bildirək ki, model bir müddət əvvəl özünü çox pis hiss etdiyini açıqlamış, eyni zamanda bədəninin fotolarını paylaşmışdı.
"Ağrılarım var, artıq dözə bilmirəm. Dolğulardan bədənim çürüyür. Heç bir həkim də kömək edə bilmir. Əməliyyat olunmalıyam. Sağ qalma şansım yüzdə ondur. Xahiş edirəm, dua edin, kimin haqqına girmişəmsə, haqqınızı halal edin", - Mirzəliyeva yazıb.
- Bu gün bu rayonda qaz olmayacaq
- Ölkədə internetin sürəti açıqlandı - Rəsmi göstəricilər
- Bakının bir sıra ərazilərində qaz olmayacaq
- Rəhmanın dostu da dənizdə boğulubmuş - Video
- “Qarabağ”ın oyunu “CBC Sport”da canlı yayımlanacaq
- Azərbaycan Ermənistana plastik tikinti materialları ixracına başladı
- Taxt-taca çıxmaq üçün 3 il əsgərlik çəkdi - 150 ildən sonra ilk
- Avqust ayının qeyri-iş günləri - Təqvim