İşğaldan azad edilmiş ərazilərə səfər edən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Füzuli rayonundan sonra Ağdama gəlib. Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsidir.
BUTA.TV xəbər verir ki, İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Ağdamda dağıdılmış dini obyektlərin və qəbiristanlıqların monitorinqini aparacaq və Azərbaycan dövləti tərəfindən həyata keçirilən yenidənqurma işləri ilə tanış olacaqlar. Səfər zamanı Qiyaslı, Qarağacı məzarlıqlarına, Şəhidlər xiyabanına, Cümə məscidinə, Dram teatrının qalıqlarına, yeni inşa edilən konfrans mərkəzinə baxış nəzərdə tutulur.
- Bu gün bu rayonda qaz olmayacaq
- Ölkədə internetin sürəti açıqlandı - Rəsmi göstəricilər
- Bakının bir sıra ərazilərində qaz olmayacaq
- Rəhmanın dostu da dənizdə boğulubmuş - Video
- “Qarabağ”ın oyunu “CBC Sport”da canlı yayımlanacaq
- Azərbaycan Ermənistana plastik tikinti materialları ixracına başladı
- Taxt-taca çıxmaq üçün 3 il əsgərlik çəkdi - 150 ildən sonra ilk
- Avqust ayının qeyri-iş günləri - Təqvim