Ermənistanın Baş naziri Nikol Paşinyan getdikcə daha çox Rusiyaya qarşı arsız bəyanatlar səsləndirir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini, ermənipərəst Konstantin Zatulin deyib.
“Paşinyan Rusiya haqqında getdikcə daha açıq və daha arsız danışır. Nümayəndə heyətlərimizlə rəsmi danışıqlar zamanı Paşinyan özünü daha çox düşməncəsinə aparır”, - o bildirib.
Onun fikrincə, Nikolun bu davranışı onun Ermənistan müxalifətinin zəifliyinə inamı ilə bağlıdır:
“Paşinyan Ermənistanı Yaxın Şərq ölkəsinə çevirməyə doğru gedir. Harda ki, alıb-satmaq başlıca rol oynayır, ancaq şəxsi rifah var, milli maraqlar yoxdur”.
Zatulin onu da bildirib ki, Paşinyanın ətrafında türklərlə, azərbaycanlılarla açıq şəkildə ortaq biznesə girən insanlar var ki, əvvəllər bu, qətiyyən mümkün deyildi.
- “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq
- “Qarabağ” darmadağınla növbəti mərhələdə - Video-Yenilənib
- Bu gün bu rayonda qaz olmayacaq
- Ölkədə internetin sürəti açıqlandı - Rəsmi göstəricilər
- Bakının bir sıra ərazilərində qaz olmayacaq
- Rəhmanın dostu da dənizdə boğulubmuş - Video
- “Qarabağ”ın oyunu “CBC Sport”da canlı yayımlanacaq
- Azərbaycan Ermənistana plastik tikinti materialları ixracına başladı