Kuba hakimiyyəti insan alveri ilə bağlı cinayətkar şəbəkənin aşkarlanması barədə məlumat yayıb. Onun iştirakçıları Kuba vətəndaşlarını Ukraynada Rusiya tərəfindən döyüşməyə məcbur ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələri məlumat yayıb.
“Daxili İşlər Nazirliyi Rusiyada və hətta Kudada yaşayan vətəndaşları Ukraynadakı hərbi əməliyyatlara cəlb etmək üçün fəaliyyət göstərən insan alveri şəbəkəsini müəyyən edib, zərərsizləşdirmək üzərində işləyir. Bu qəbildən olan cəhdlər zərərsizləşdirilib və bu fəaliyyətdə iştirak edənlərə qarşı cinayət işi başlanıb. Kubanın düşmənləri ölkənin imicini ləkələməyə, onu qəti şəkildə rədd etdiyimiz hərəkətlərin şəriki kimi təqdim etməyə çalışırlar”, - məlumatda deyilib.
Qeyd edək ki, Rusiya hakimiyyəti hələlik bu açıqlamaya münasibət bildirməyib.
- “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq
- “Qarabağ” darmadağınla növbəti mərhələdə - Video-Yenilənib
- Bu gün bu rayonda qaz olmayacaq
- Ölkədə internetin sürəti açıqlandı - Rəsmi göstəricilər
- Bakının bir sıra ərazilərində qaz olmayacaq
- Rəhmanın dostu da dənizdə boğulubmuş - Video
- “Qarabağ”ın oyunu “CBC Sport”da canlı yayımlanacaq
- Azərbaycan Ermənistana plastik tikinti materialları ixracına başladı