Artıq bir neçə İsveçrə şirkəti Qarabağın bərpasında iştirak etmək arzusunu bildirib.
BUTA.TV xəbər verir ki, bunu İsveçrənin Azərbaycandakı müvəqqəti işlər vəkili Aleksandr Hoffet İsveçrənin Milli Gününə həsr olunan tədbirdə deyib.
"İsveçrənin şirkətləri artıq Azərbaycanda uğurla fəaliyyət göstərir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bizim bazarda çoxdandır ki mövcuddur. İsveçrə şirkətləri Qarabağın yenidən qurulmasında istifadə etmək üçün öz qabaqcıl texnologiyalarını Azərbaycana verməyə hazırdırlar", - deyə o qeyd edib.
A.Hoffet Azərbaycan ilə İsveçrə arasında ticarət dövriyyəsində nəzərəçarpacaq artım olduğunu vurğulayıb:
"Pandemiyadan sonra birgə iqtisadi komissiyamız nəhayət ki, görüşə bildi. Lakin qeyd etmək lazımdır ki, real potensial hələ də əldə olunmayıb".
- İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır
- “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq
- “Qarabağ” darmadağınla növbəti mərhələdə - Video-Yenilənib
- Bu gün bu rayonda qaz olmayacaq
- Ölkədə internetin sürəti açıqlandı - Rəsmi göstəricilər
- Bakının bir sıra ərazilərində qaz olmayacaq
- Rəhmanın dostu da dənizdə boğulubmuş - Video
- “Qarabağ”ın oyunu “CBC Sport”da canlı yayımlanacaq