Samvel Şahramanyan yaxşı oğlandır, amma problem ondadır ki, o, Saakyanın, Qukasyanın və Arutunyanın namizədidir. Əminəm ki, onu da 15-20 gündən sonra qovacaqlar.
BUTA.TV xəbər verir ki, bunu Qarabağ separatçılarının nümayəndəsi Tiqran Petrosyan deyib.
Onun sözlərinə görə, Şahramanyanın “seçilməsindən” sonra qan töküləcək:
“Qarabağdakı “hökumət” legitim deyil. Onları heç kim ciddi qəbul etmir. Xalqın onlara inamı sıfırdır. Ən məntiqli namizəd Masis Mailyandır. Əgər başqa şəxs “seçilsə”, Qarabağda qan töküləcək. Əmin edirəm ki, bu, vətəndaş müharibəsinə gətirib çıxaracaq”.
Petrosyan bildirib ki, daxili siyasi oyunlar səbəbindən Laçın dəhlizinin açılması şansları da itirilib:
“Çox yaxında Əliyev onlara ultimatum verəcək. Əgər əməl etməsələr müharibə başlayacaq. Çünki daxili siyasi oyunlar səbəbindən Laçın dəhlizinin açılması şansını əldən vermişik. Xalqı hədələyirlər ki, vətəndaş itaətsizliyi olmasa, türklər girəcək. 25 il hər kəsi aldadıblar, kim nə deyirdisə, cavab verirdilər ki, “Türkün dəyirmanına su tökürsən”. İndi bunu ona görə edirlər ki, xalq namizədə qarşı çıxmağa çalışmasın”.
- Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi
- Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
- Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın
- Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video