Dövlət qulluğuna qəbul üzrə müsabiqənin B növü üzrə avqustun 13-də keçirilən test imtahanı ilə bağlı namizədlərin Dövlət İmtahan Mərkəzinə daxil olan müraciətləri araşdırılıb və onların imtahan nəticələrinə təsir göstərə bilən hallar təkrar təhlil olunub.
DİM-dən Axar-a verilən məlumata görə, aparılan araşdırmalar zamanı qanunvericilik proqramına (BA vəzifə qrupu üzrə) aid olan bir açıq tipli test tapşırığının tərtibatı ilə əlaqədar fikir ayrılığı yarandığı üçün ekspertlərin yekun rəyinə əsasən etalonda götürülmüş cavabların düzgün hesab olunması şərti ilə digər bir cavab variantının da düzgün cavab olaraq qəbul olunması məqsədəuyğun hesab edilib.
Beləliklə, BA vəzifə qrupu A variantı üzrə 55 saylı və B variantı üzrə eyni məzmunlu 49 saylı tapşırığın cavabını “1, 2, 4” qeyd edən namizədlər də həmin sualı düzgün cavablandırmış hesab ediliblər.
İmtahanda istifadə olunan digər test tapşırıqlarının məzmununda heç bir elmi-metodiki qüsur aşkar olunmayıb.
Namizədlər müvafiq dəyişikliklə DİM-in saytında imtahan nəticələri ilə bağlı səhifələrində tanış ola bilərlər.
- Cizgi filmləri uşaqların inkişafına necə təsir edir?
- İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır
- “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq
- Onlar “Neftçi”yə rəqib oldular
- “Qarabağ” darmadağınla növbəti mərhələdə - Video-Yenilənib
- Bu gün bu rayonda qaz olmayacaq
- Ölkədə internetin sürəti açıqlandı - Rəsmi göstəricilər
- Bakının bir sıra ərazilərində qaz olmayacaq