BMT-nin Uşaq Fondu (UNİCEF) Nigeriyanın şimal-şərqində törədilən terror aktlarının 13 ildə ölkəyə 100 milyard dollar ziyan vurduğunu açıqlayıb.
BUTA.TV xəbər verir ki, UNİCEF-in dərc etdiyi “Nigeriyanın şimal-şərqindəki qarşıdurmaların iqtisadi bədəli” başlıqlı hesabatda Adamava, Borno və Yobe əyalətlərində hücumlar həyata keçirən terror təşkilatı “Boko Haram”ın ölkə iqtisadiyyatına zərər verdiyi bildirilib.
Hesabatda ştatlarda törədilən terror aktlarının 13 il ərzində ölkə iqtisadiyyatına 100 milyard dollar ziyan vurduğu, hətta münaqişələr bitsə belə, zərərin 150-200 milyard dollara çata biləcəyi qeyd edilib.
UNİCEF-in Nigeriya Nümayəndəsi Cristian Munduate hesabatla bağlı verdiyi açıqlamada münaqişələrin ölkə iqtisadiyyatının inkişafını pozduğunu deyib.
- Xankəndidə yanğın: üç tikiliyə ziyan dəydi
- Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
- Azərbaycanda qaz ödənişləri ilə bağlı - Yenilik
- Bəzi rayonlara yağış yağdı, güclü külək əsdi
- Azərbaycan UEFA reytinqində ilk pillədə
- Cizgi filmləri uşaqların inkişafına necə təsir edir?
- İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır
- “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq