Ermənistan-ABŞ təlimləri İranın Əfqanıstan və İraqın işğal dövründəki Amerika ilə əməkdaşlığını xatırlatdı. Əslində, Tehran xarici siyasətində ABŞ düşmənçiliyini bir ritorika olaraq istifadə edir. Rejimə bağlı qüvvələri bunun üzərindən səfərbər etməyə çalışır.
Bunu BUTA.TV-a Təbriz Araşdırmalar İnstitunun mütəxəssisi Babək Şahid deyib.
Onun sözlərinə görə, Tehran hökumətinin Ağ Evlə ortaq əməkdaşlığı yeni məsələ deyil və bu hərbi təlimlər İranın razılığı əsasında keçirilir:
“İranın ABŞ Silahlı Qüvvələri ilə istər Əfqanıstan, istər İraqda əməkdaşlıq içində olduğunun dəfələrlə şahidi olmuşuq. Bunu İran rəsmiləri də etiraf ediblər. Onlar ABŞ qoşunlarına müxtəlif kəşfiyyat məlumatlarının ötürülməsi baxımından meydanda birlikdə hərəkət ediblər. Ermənistan-ABŞ ortaq təlimlərinə İranın səssiz qalmasını bu tarixi keçmiş əsasında dəyərləndirmək olar. Tehran Ermənistan hakimiyyətindən üz çevirməyəcək, hətta deyərdim ki, İranın razılığı və tövsiyyəsi ilə bu təlimlər baş tutur. Tehran bu mövzuda səssizliyini qoruyaraq bir daha xarici siyasətində ziddiyətlərin olduğunu, sözü ilə əməlinin üst-üstə düşmədiyini sübut etdi”.
- Xankəndidə yanğın: üç tikiliyə ziyan dəydi
- Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
- Azərbaycanda qaz ödənişləri ilə bağlı - Yenilik
- Bəzi rayonlara yağış yağdı, güclü külək əsdi
- Azərbaycan UEFA reytinqində ilk pillədə
- Cizgi filmləri uşaqların inkişafına necə təsir edir?
- İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır
- “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq