“Kontakt” mağazalar şəbəkəsi ənənəsinə sadiq qalaraq bu il də yeni tədris ili ərəfəsində ucqar dağ kəndlərində yaşayan məktəbliləri sevindirəcək.
Yaşayış yerindən, imkanlarından asılı olmayaraq hər kəsə bərabər təhsil imkanları arzulayan şəbəkə sentyabrın 10-dan oktyabrın 10-dək mağazalarında satılan bütün notbukların satışlarından əldə olunan gəlirlərin bir hissəsini ucqar dağ kəndlərində yaşayan məktəblilərin notbuklarla təmin olunması üçün sərf edəcək.
Aztəminatlı ailələrə sevinc daşıyacaq bu xeyriyyə aksiyasına qoşulmaq üçün siz də oktyabrın 10-dək arzuladığınız notbuku məhz “Kontakt” mağazalarından ala, məktəblilərin təhsil imkanlarının yaxşılaşdırılmasına qatqı edə bilərsiniz. Layihənin tərəfdaşı Azərbaycan Qızıl Aypara Cəmiyyətidir.
Qeyd edək ki, “Kontakt” mütəmadi olaraq öz sosial məsuliyyət layihələri ilə Azərbaycanın müxtəlif bölgələrində pozitiv dəyərlər yaradan sosial layihələr həyata keçirir.
Şəbəkə layihəyə göstərdiyi dəstəyə görə: Apple, Acer, HP , Huaweı, Asus və Lenovo brendlərinə təşəkkürünü bildirir.
- Xankəndidə yanğın: üç tikiliyə ziyan dəydi
- Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
- Azərbaycanda qaz ödənişləri ilə bağlı - Yenilik
- Bəzi rayonlara yağış yağdı, güclü külək əsdi
- Azərbaycan UEFA reytinqində ilk pillədə
- Cizgi filmləri uşaqların inkişafına necə təsir edir?
- İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan bahadır
- “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq