Naxçıvan Şəhər İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri olub.
BUTA.TV xəbər verir ki, qurumun Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qasım Məmmədov və hüquq şöbəsinin müdiri Emin İmanov işdən çıxarılıblar.
Eyni zamanda Naxçıvan şəhər icra başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səftər Abdullayev və Əliabad qəsəbə sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elnur Əliyev vəzifədən azad olunublar.
Digər əmrlə onların yerinə müvafiq olaraq Suliddin Kərimov və Vüqar Hüseynov təyin ediliblər.
- “Qarabağ” Konfrans Liqasında mübarizə aparacaq - Video-Yenilənib
- “Zirə” avrokuboklarla vidalaşdı - Video-Yenilənib
- Sabah Bakının bu üç ərazisində qaz olmayacaq
- Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru o oldu
- Notarius ilk məhkəməsində həbs edildi
- Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı
- Prezident həmkarları ilə qolf oynadı - Fotolar
- “Vulkanın üstündə ev tikdilər, indi yatdığımız yerdə uçub tökülür” - Fotolar