Azərbaycan Ordusunun bölmələri tərəfindən noyabrın 18-i saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinin Dəvəli rayonu istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun yaralanması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır.
Bu barədə BUTA.TV-a Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.
"Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik. Ermənistan müdafiə nazirliyi ordusunda mövcud olan özbaşınalıqları ört-basdır etmək məqsədilə real əsası olmayan məlumatları yaymaqda davam edir", - məlumatda vurğulanıb.
- "Nizami" və "28 May" arasında avtobuslar ödənişli olacaq?
- Bakının mərkəzində sükanı bloklanan maşın ağaca çırpıldı - Fotolar
- Prezident fərman imzaladı
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda meteor yağışı müşahidə olunacaq
- Prezident onu Naxçıvana başçı təyin etdi
- Ordubada yeni başçı təyin edildi - Sərəncam
- Prezident bu başçını vəzifəsindən azad etdi