Avqustun 5-i saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılır.
Bu barədə BUTA.TV-a MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, bu mərhələdə ilkin olaraq vakant yer seçmək imkanı test imtahanında minimum keçid balını toplamış şəhid ailəsi üzvlərinə təqdim edilir:
“Namizədlər elektron ərizə formalarında ən çoxu 8 vakant yer seçmək hüququna malikdirlər. Seçilmiş vakant vəzifələrə yerləşdirilmə namizədin göstərdiyi ardıcıllıq nəzərə alınmaqla həyata keçirilir. Nəzərinizə çatdırırıq ki, vakant yer tutduqdan sonra ondan imtina edən namizədlərin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq. Növbəti mərhələlərdə faktiki yaşayış yerinə uyğun olaraq həvəsləndirmə tədbirləri tətbiq edilən ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi, eləcə də ümumi vakansiya seçimi turu keçiriləcək. Sözügedən mərhələlərin keçirilmə tarixləri barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək”.
Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
Qeyd edək ki, şəhid ailəsi üzvləri üçün vakansiya seçimi prosesi 6 avqust saat 11:00-dək davam edəcək.
- Məişət zorakılığı ilə bağlı bu qaydalar yeniləndi
- Məhkəmədən Kamran Əsədovla bağlı qərar...
- Agentlik sədri bu xanıma vəzifə verdi
- Kartla köçürməni qohuma etdiyimizi - Bank necə aydınlaşdıracaq?
- “Jiquli”ni belə hazırlayırmışlar... - Fotolar
- Bu məlumatlar vergi orqanına ötürüləcək - Yeni qərar
- Nazirlikdən Bakı Qızlar Universiteti ilə bağlı açıqlama
- Avtonom PUA-ların istismarına dair tələblər... - İzah