Bu ilin ikinci rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 74 min 526 manatlıq 5305 fırıldaqçılıq halı baş verib.
BUTA.TV Mərkəzi Banka istinadla xəbər verir ki, hesabat dövründə ödəniş kartları ilə ölkəxarici fırıldaqçılıq hallarının dəyəri 289 min 423 manat olub, fırıldaqçılıq hallarının sayı isə 3633 təşkil edib.
Ölkə daxilində fırıldaqçılıq hallarının məbləği cari ilin birinci rübü ilə müqayisədə 20,43 faiz azalıb, sayı isə 6,2 faiz artıb. Ölkə xaricində fırıldaqçılıq hallarının məbləği isə 11,03 faiz azalıb, sayı 39,65 faiz azalıb.
Hesabat dövründə ölkədaxili fırıldaqçılıq hallarının 33,9 faizi hesabların ələ keçirilməsi ilə bağlı olub, ölkəxarici fırıldaqçılıq hallarının isə 45,9 faizi kartın fiziki iştirakı olmadan həyata keçirilib.
- İndiyədək 40 nəfər nəzarətsiz ərazidə boğulub - Həyəcan təbili
- AQTA-dan vətəndaşlara çağırış: Çimərlikdə buna əməl edin!
- Ölkədə sürücüsüz avtomobillər - Qanunda dəyişiklilər olundu
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
- Azərbaycanda kartlarla 1 milyonluq fırıldaqçılıq
- Azərbaycanı vurmağın asan yolu...
- İyulda Bakıda hava 27 gün normadan yuxarı olub...
- İlin son Günəş tutulması nə vaxt olacaq?