Bakının bu rayonunda işıq olmayacaq

09:33 - 3 Avqust 2026 - GÜNDƏM

 Bakının bu rayonunda işıq olmayacaq

Bu gün paytaxtın Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Azərişıq"dan BUTA.TV-a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 3-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işi aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00 dək Əhməd Cəmil, Süleyman Dadaşov, Bəsti Bağırova, Həsən Məcidov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə yaşayan sakinlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol