FHN-in növbəti yanğın-taktiki təlimi - Foto

16:06 - 3 Avqust 2026 - GÜNDƏM

 FHN-in növbəti yanğın-taktiki təlimi - Foto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri ərazisində yerləşən SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunda yanğınların söndürülməsi mövzusunda yanğın-taktiki təlim keçirilib.

BUTA.TV xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Təlimin keçirilməsində əsas məqsəd bu kimi obyektlərdə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və mümkün yanğınların söndürülməsi, həmçinin, xilasetmə işlərinin təşkili üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra yanğından mühafizə və xilasetmə bölmələri “hadisə yerinə” operativ qaydada çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş ərazidə təxliyə planına uyğun olaraq işçilərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib” və “yanğın qısa müddətdə söndürülüb”.

Təlimə Dövlət Yanğından Mühafizə Xidməti, Sumqayıt Regional Mərkəzi və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Məntəqəsinin ümumilikdə 9 ədəd texnika və 40 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol