Bu məlumatlar vergi orqanına ötürüləcək - Yeni qərar

17:30 - 3 Avqust 2026 - GÜNDƏM

 Bu məlumatlar vergi orqanına ötürüləcək - Yeni qərar

Nazirlər Kabineti "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişiklik edib.

BUTA.TV xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanununa uyğun olaraq kommersiya hüquqi şəxsləri üzrə nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələr, nizamnamə kapitalındakı payın vərəsəlik qaydasında digər şəxsə keçməsi, nizamnamə kapitalındakı payın yüklü edilməsi, təsisçisi və qanuni təmsilçisi eyni şəxs olan kommersiya hüquqi şəxsin təsisçisi öldükdə notariat orqanı tərəfindən mirasın qorunması üçün tədbirlər çərçivəsində əmlak idarəçisinin təyin olunması ilə əlaqədar məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ötürüləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol