Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadə “Kolambus Kryu”dan ayrılıb.
“BUTA.TV” Sportinfo.az-a istinadən xəbər verir ki, 23 yaşlı forvard karyerasını Türkiyədə davam etdirəcək.
O, gələn mövsümdən Super Liqada mübarizə aparacaq “Erzurumspor“la danışıqları uğurla yekunlaşdırıb.
“Erzurumspor” I Liqanın son çempionudur. Beləliklə, 5 illik fasilədən sonra yenidən Super Liqada çıxış etmək hüququ qazanıblar.
Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
Nərimanın MLS təmsilçisini Türkiyə klubuna dəyişməsi öz qərarıdır. O, ABŞ çempionatının Şərq zonasında 20 xalla 11-ci pillədə qərarlaşan “Kolambus Kryu”nu təsadüfən tərk etməyib.
Bu ilin yazında “Qarabağ”dan alınmış və 3,5 illik müqavilə bağlanmış ön xətt oyunçusu klubdan ayrılmaq istədiyini rəhbərliyə bildirib.
O, məşqçi korpusundan lazımi qədər dəqiqələr almadığını, ehtiyatda qalmaqdan bezdiyini diqqətə çatdırıb.
Futbolda ilk addımlarını “Xəzər Lənkəran”da atmış forvard ona düşərgəni dəyişməsi üçün icazənin verilməsini xahiş edib və müsbət cavab alıb.
- Bakıda yük avtomobili yandı
- Məişət zorakılığı ilə bağlı bu qaydalar yeniləndi
- Məhkəmədən Kamran Əsədovla bağlı qərar...
- Agentlik sədri bu xanıma vəzifə verdi
- Kartla köçürməni qohuma etdiyimizi - Bank necə aydınlaşdıracaq?
- “Jiquli”ni belə hazırlayırmışlar... - Fotolar
- Bu məlumatlar vergi orqanına ötürüləcək - Yeni qərar
- Nazirlikdən Bakı Qızlar Universiteti ilə bağlı açıqlama