Qış mövsümünə keçidlə əlaqədar “Azəristiliktəchizat” tərəfindən noyabr ayının 15-dən etibarən binalara istilik verilməsinə başlanılsa da, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsindəki 31 və 31 A saylı binalara, həmçinin binalara yaxın ərazidə yerləşən 215 saylı uşaq bağçasına hələ də istilik verilməyib.
BUTA.TV xəbər verir ki, bu barədə saytımıza Azərbaycan Jurnalistlər Birliyinin üzvü Rauf Məmmədzadə bildirib.
R.Məmmədzadənin sözlərinə görə, problemlə bağlı Bakı İcra Hakimiyyətinə, Binəqədi Rayon İcra Hakimiyyətinə, Azəristiliktəchizat ASC və onun Binəqədi rayon təşkilatına çoxsaylı müraciətlər edilib:
“Müraciətlərimizə isə cavab olaraq bildirilir ki, həmin əraziyə gələn magistral istilik xəttində ciddi nasazlıq var və onun aradan qaldırılması hazırda mümkünsüzdür. Bu məsələni mümkünsüz edən isə həmin istilik xəttinin üstündə beşmərtəbəli yeni tikintinin olmasıdır”.
Məsələ ilə bağlı saytımıza açıqlama verən, Azəristiliktəchizat ASC-nin mətbuat katibi Elvin Basqallı deyib ki, icra hakimiyyətinə müraciət edilib:
“Ən qısa vaxtda binaların və bağçanın istiliyi bərpa ediləcək”.
- Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi
- Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!
- Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu
- Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı
- Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi
- Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...
- Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam
- ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?