Ermənistan və Rusiya arasındakı münasibətlər, görünür, geri dönüşü olmayan mərhələyə qədəm qoyur.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan mediası Rusiyadakı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, İrəvan irəli sürülmüş siyasi tələbləri yerinə yetirmədiyi təqdirdə, Rusiya noyabrın 1-dən etibarən Ermənistana qaz tədarükünü dayandıra bilər.

Mənbənin sözlərinə görə, bu ssenarinin reallaşmasının qarşısını almaq məqsədilə Nikol Paşinyanın qarşısına dörd əsas tələb qoyulub. Birinci şərt Rusiyanın 102-ci hərbi bazası ilə bağlıdır: Paşinyandan bu məsələni gündəmdən çıxarmaq tələb olunub.

İkinci tələb Rusiya kapitallı şirkətlərə - dəmir yolu, "Qazprom" və digər müəssisələrə qarşı təzyiqlərin dayandırılmasına aiddir. Ermənistan hökuməti bu mövzunu müzakirə etməkdən çəkinməlidir.

Üçüncü məsələ "Avrasiya İqtisadi İttifaqı yoxsa Avropa İttifaqı" seçimi ilə bağlıdır. Bu istiqamətdə iki variant təklif edilib: ya "Ermənistan Respublikasının Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında" qanun ləğv edilməli, ya da bununla bağlı referendum elan olunmalıdır.

Dördüncü bənd isə ruspərəst siyasətçilərin təqibinin dayandırılmasını nəzərdə tutur. Ehtimal olunur ki, burada söhbət Robert Koçaryan, Qaqik Tsarukyan, Andranik Tevanyan və Samvel Karapetyandan gedir.

Bundan əlavə, hökumətdə Rusiya üçün məqbul olan və birbaşa təmas qurula biləcək baş nazir müavininin təyin edilməsi kimi əlavə bir tələb də var, çünki Rusiya rəsmiləri mövcud kadrlardan narazıdırlar.

Bu məlumatın doğruluğunu Ermənistan hökumətindəki mənbələr vasitəsilə dəqiqləşdirməyə cəhd edilib. Mənbələr bildirib ki, reallığı yalnız dar çərçivədə olan şəxslər bilir, lakin son günlər onların bəzilərinin olduqca narahat göründüyü müşahidə edilib. Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi isə sorğuya cavab verəcəyini vəd edib. Bütün gün ərzində gözlənilməsinə baxmayaraq, heç bir rəsmi cavab verilməyib.

Ukraynalı qızların intim görüntüləri skandala səbəb oldu - FOTOLAR Ukraynalı qızların intim görüntüləri skandala səbəb oldu - FOTOLAR