Yanvarın 18-nə keçən gecə Rusiyanın Leninqrad vilayətində neft anbarına pilotsuz təyyarənin hücumu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi əməliyyatıdır.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya MN-in açıqlamasında bildirilib.
NV-nin özəl mənbədən aldığı məlumatda isə dronlardan birinin rus oliqarxlarının mülkləri və Vladimir Putinin malikanəsi üzərində uçduğu bildirilib.
“Əməliyyat zamanı pilotsuz təyyarələrdən biri oliqarxlar Arkadi və Boris Rotenberqin, Rusiya Bankının direktorlar şurasının keçmiş rəhbəri Yuri Kovalçukun şəxsi mülklərinin və Vladimir Putinin saraylarından birinin yerləşdiyi Valda üzərindən uçub”, - nəşrin mənbəsi vurğulayıb.
Qeyd edək ki, bu gün Ukrayna ordusu müharibə başlayandan bəri ilk dəfə olaraq PUA-larla Leninqrad vilayətinə hücum edib.
- 4 gün idi itkin düşmüşdü, meyiti kanalda tapıldı
- Qarabağ Universitetinə qəbul balları açıqlandı
- Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
- Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişinə başlanıldı
- Səba Mağazalarından alış-veriş indi daha sərfəli!
- Bakı metrosunda yeni təyinatlar - Foto
- Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşdı
- Azərbaycan və Qırğızıstan prezidentləri təltif olundu