8 kənd müzakirə ediləcək? – Səfəryan da yayındı

22:56 - 18 Yanvar 2024 - GÜNDƏM

 8 kənd müzakirə ediləcək? – Səfəryan da yayındı

Ermənistan və Azərbaycan sərhədlərinin demarkasiyası üzrə dövlət komissiyalarının iclasının gündəliyinə komissiyaların əsasnaməsi daxildir.

BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan yerli mediaya açıqlamasında deyib.

O, medianın Ermənistandakı anklavların (Azərbaycanın işğalda saxlanılan 8 kəndi – red.) qaytarılması məsələsinin müzakirə edilib-edilməyəcəyi barədə sualını cavabsız buraxıb.

“Hazırda bu suala cavab verə bilmərəm”, - deyə bildirib.

Bundan öncə Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan da delimitasiya komissiyalarının qarşıdakı iclasında 8 kəndlə bağlı məsələnin müzakirə olunub-olunmayacağı sualına cavab verməmişdi.

Qeyd edək ki, komissiyaların iclasının yanvarın sonunda keçiriləcəyi gözlənilir. Azərbaycan Prezidenti İlham Əliyev 10 yanvarda yerli mediaya geniş müsahibəsində bu görüşdə anklavlar məsələsinin gündəmə gətiriləcəyini bildirmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol