Pakistan PUA-ları İran sərhədində - Tehrandan reaksiya

01:32 - 19 Yanvar 2024 - GÜNDƏM

 Pakistan PUA-ları İran sərhədində - Tehrandan reaksiya

Pakistanın pilotsuz uçuş aparatlarının iki ölkə sərhədi yaxınlığında İran ərazisinə qeyri-mütənasib və qəbuledilməz hücumlarını qınayırıq.

BUTA.TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda deyilib ki, İran Xarici İşlər Nazirliyi Pakistanın İran vətəndaşları olmayan kəndliləri hədəf alan qeyri-mütənasib və qəbuledilməz hərəkətlərini pisləyir:

"İran iki xalq və İran və Pakistan hökumətləri arasında mehriban qonşuluq və qardaşlıq siyasətinə sadiqdir, lakin düşmənlər iki ölkə arasında yaxşı və qardaşlıq münasibətlərini gərginləşdirməyə imkan vermir".

Bəyanatda həmçinin qeyd olunub:

“İran xalqın təhlükəsizliyini və ölkənin ərazi bütövlüyünü özünün qırmızı xətti hesab edir və Pakistan hökumətindən Pakistanda bazaların və silahlı terror qruplarının yaradılmasının qarşısını almaq üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməsini gözləyir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol