Birləşmiş Ərəb Əmirliklərindən olan üç yaşlı Əl-Maha Rəşid əl-Meyri iki uşaq povestini - "Çiçək" (Flower) və "Bal arısı"nı (Honeybee) nəşr etdirməklə dünyanın ən gənc yazıçısı olub.
Kult.az xəbər verir ki, 24 saat ərzində hər iki kitabının 1000-dən artıq nüsxəsini satan Əl-Maha Rəşid əl-Meyrinin adı Ginnesin Rekordlar Kitabına ən gənc yazıçı (qadın cinsli) kimi düşüb.
Yazışının hekayələrə və rəsm çəkməyə marağı ona gətirib çıxarıb ki, o, uşaqlar üçün fantastika janrında gözəl, parlaq illüstrasiyalarla müşayiət olunan əhvalatları yazmağı öyrənib.
O öz hekayələrində oxuculara ekoloji prinsiplərin mühümlüyünü çatdırmağa çalışır. Anasının sözlərinə görə, Maha öz yaşıdlarına ətraf mühitin qorunub saxlanmasının vacibliyini aşılamaq istəyir.
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
Onun böyük bacısı hazırda iki dildə yazılan kitabın nəşri üzrə ən gənc yazıçı, qardaşı isə kişilər arasında ən gənc müəllifdir. Analarının qeyd etdiyi kimi, qardaşı və bacısı Mahanın yazıçılıqla məşğul olmasının əsas səbəbkarlarındandır.
- İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi
- İlham Əliyev və Pelleqrinin geniş tərkibdə görüşü oldu
- Ötən il ilk dəfə Bakı qazı bu ölkəyə ixrac olunub - Prezident
- Bratislava-Bakı aviareysi açıla bilər
- İlham Əliyev Slovakiyaya getdi
- Regionda ticarət yolları açılır, sərhədlər yumşalır...
- İlham Əliyevin Tehrana səfərini gözləyirik - Arakçı
- 20 Yanvar qırğınında iştirak etmiş əsgərdən şok etiraf