Smartfonlar bu gün sadəcə rabitə vasitəsi olmadığı kimi onları "ağıllı telefon" adlandırmaq da kifayət etmir. Səhər ən uyğun vaxtda oyanmağı telefon müəyyən edir. Smartfon sahibinin vəziyyətini yoxlayır, səslə stress səviyyəsini və sağlamlıq risklərini göstəricilərə görə qiymətləndirir və bir mütəxəssislə görüş təyin etməyi təklif edə bilir.
BUTA.TV xəbər verir ki, bu barədə həkim İrina Aleksandrovna deyib.
Həkim bildirib ki, hər gün öz sağlamlığımızı idarə etmək üçün əlimizdə güclü bir vasitə tuturuq:
“Kameralar, akselerometrlər, hesablama imkanları və internetə çıxış smartfonu mikroskop, ürək monitoru, tremor detektoru və qan analizatoruna çevirir”.
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
Onun sözlərinə görə, artıq smartfonlarda dəri lezyonlarını təhlil etmək, depressiyanı, Alzheymer xəstəliyini, COVİD19-u aşkar etmək, spermoqramma və EKQ çəkmək üçün sensorlar mövcuddur.
“Sensorun içərisində qan, tüpürcək və digər bioloji mayelərdə immun çatışmazlığı virusuna reaksiya verən xüsusi hissəciklərlə örtülmüş kanalları olan kompüter çipi var. Hissəciklər reaksiya verərsə, sensor smartfona siqnal göndərir. Yunanıstanda Parkinson xəstəliyinin erkən diaqnozu üçün proqram hazırlanır. O, insanın vəziyyətini səs, selfi, həmçinin smartfonu tutarkən əl titrəyişinin olması ilə qiymətləndirəcək. Massaçusets ştatında həkimlərin yeni tətbiqi də uşaqlarda tənəffüs yoluxucu infeksiyaları aşkar etmək məqsədi daşıyır. Öskürəyin tezliyi, dərinliyi, rütubətini, baş vermə anını - inhalyasiya və ya ekshalasiya zamanı təhlil edir ki, bu da gələcəkdə bir çox laboratoriya testlərini əvəz etməyə və dəqiq diaqnozun qoyulmasını sürətləndirməyə kömək edəcək. Beləliklə, smartfon öskürəyin təbiətini də qiymətləndirəcək”, - İrina Aleksandrovna bildirib.
- İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi
- İlham Əliyev və Pelleqrinin geniş tərkibdə görüşü oldu
- Ötən il ilk dəfə Bakı qazı bu ölkəyə ixrac olunub - Prezident
- Bratislava-Bakı aviareysi açıla bilər
- İlham Əliyev Slovakiyaya getdi
- Regionda ticarət yolları açılır, sərhədlər yumşalır...
- İlham Əliyevin Tehrana səfərini gözləyirik - Arakçı
- 20 Yanvar qırğınında iştirak etmiş əsgərdən şok etiraf