ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Szinpinlə yaxşı münasibətlərdən danışaraq, güclü nüvə silahına malik ölkələrin liderləri ilə anlaşmağın yaxşı olduğunu vurğulayıb.
BUTA.TV xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
“Bilirsiniz, Putin kimi insanlarla münasibət qurmaq yaxşıdır. Sədr Si ilə danışıqlarım olub, onlarla əla münasibətlərim var. Hillari Klinton qalib gəlsəydi, Şimali Koreya, yəni Kim Çen İnlə nüvə müharibəsi aparacaqdınız. Mən onunla da anlaşdım”, - o bildirib.
Tramp qeyd edib ki, o, ABŞ prezidenti olaraq qalsaydı, Putin heç vaxt Ukraynaya hücum etməzdi:
“Onların hamısı Trampdan qorxurdu, lakin ona hörmət edirdilər. Bu doğrudur”.
Eks-prezident “Trampı geri çağırmağı” təklif edən Macarıstanın Baş naziri Viktor Orbanı da tərifləyib:
“Orban sərt və ağıllı bir liderdir”.
- 4 gün idi itkin düşmüşdü, meyiti kanalda tapıldı
- Qarabağ Universitetinə qəbul balları açıqlandı
- Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
- Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişinə başlanıldı
- Səba Mağazalarından alış-veriş indi daha sərfəli!
- Bakı metrosunda yeni təyinatlar - Foto
- Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşdı
- Azərbaycan və Qırğızıstan prezidentləri təltif olundu