Dünya çempionu 29 yaşında öldü

13:38 - 19 Yanvar 2024 - GÜNDƏM

 Dünya çempionu 29 yaşında öldü

Kanadalı atlet, dünya çempionu Şon Barber 29 yaşında vəfat edib.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Akron Universitetinin atletika fakültəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, idmançı uzun sürən xəstəlikdən sonra Kinqsvuddakı evində dünyasını dəyişib.

Qeyd edək ki, Şon Barber 2015-ci ildə şüvüllə tullanma üzrə dünya çempionu olub. 2016-cı ilin yanvarında isə qapalı yarışda 6 m nəticə göstərərək, Kanada rekordunu yeniləyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol