Bakı Bus MMC yanvarın 21-dən Bakı-Sumqayıt marşrut xətti üzrə fəaliyyətə başlayacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Bakı Bus MMC-in mətbuat katibi Əsmər Əliyeva məlumat verib.
Məlumata görə, ekspres marşrut xətti Bakı Avtovağzalından Sumqayıt Avtovağzalına və əks istiqamətə olacaq. Bu xəttə buraxılacaq avtobuslar komfortlu nəqliyyat vasitəsi hesab olunur.
Hər biri 48 oturacaqdan ibarət olan avtobuslarda sərnişinlərin yüklərini yerləşdirə bilmələri üçün baqaj bölməsi də mövcuddur.
- Qarabağ Universitetinə qəbul balları açıqlandı
- Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
- Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişinə başlanıldı
- Səba Mağazalarından alış-veriş indi daha sərfəli!
- Bakı metrosunda yeni təyinatlar - Foto
- Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşdı
- Azərbaycan və Qırğızıstan prezidentləri təltif olundu
- Prezident rəsmi qarşılandı - Fotolar