Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət başçılarının 19-cu Zirvə Toplantısında iştirakı çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto ilə görüşüb.
Xarici İşlər Nazirliyindən BUTA.TV-a bildirilib ki, görüş zamanı Azərbaycan və Venesuela arasında humanitar, mədəniyyət və digər sahələrdə əməkdaşlıq gündəliyi, habelə ikitərəfli və çoxtərəfli müstəvilərdə təmaslar müzakirə edilib.
Azərbaycan Respublikası və Venesuela Bolivar Respublikası arasında aktiv ikitərəfli əməkdaşlıq gündəliyindən söz açan nazirlər, iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil, turizm və s. əməkdaşlıq imkanlarının genişlənməsi persperktivlərinin mövcudluğunu vurğulayıblar.
Görüş zamanı, həmçinin Azərbaycan və Venesuela arasında münasibətlər üçün ölkələrin xarici siyasət qurumları arasında keçirilən siyasi məsləhətləşmələrin vacibliyi qeyd edilib, növbəti siyasi məsləhətləşmələr haqqında fikir mübadiləsi aparılıb.
Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər də müzakirə edilib.
- Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşdı
- Azərbaycan və Qırğızıstan prezidentləri təltif olundu
- Prezident rəsmi qarşılandı - Fotolar
- Rəsmi görüşə şortla gəldi, gündəm oldu - Fotolar
- HƏMAS-dan Trampın razılaşma açıqlamasına - İlk reaksiya
- Yanğınlara qarşı keçi və qoyunları səfərbər etdilər
- “Qarabağ”ın Konfrans Liqasındakı rəqibi onlardır
- “Qarabağ” Konfrans Liqasında mübarizə aparacaq - Video-Yenilənib