Yanvarın 20-də rus qoşunları Kupyansk-Svatovo-Kremennoy istiqamətində irəliləyərək Kroxmalnoye kəndini ələ keçiriblər.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Yanvarın 20-də dərc olunmuş geolokasiya görüntüləri göstərir ki, rus qoşunları Svatovonun 20 km şimal-qərbində yerləşən Kroxmalnoye kəndini ələ keçiriblər. Rus blogerlər də ukraynalı döyüşçülərin bu kənddəki mövqelərində geri çəkildiklərini yazmışdı.
Bundan başqa, rus qoşunları Kupyanskın 20 km cənub-şərqindəki İvanovka istiqamətində az qədər irəliləyiblər. Eləcə də ruslar Baxmutin cənub-qərbində də irəliləyiblər”, - məlumatda qeyd olunub.
- Prezidentin rəsmi qarşılanma mərasimi oldu
- HƏMAS-dan Trampın razılaşma açıqlamasına - İlk reaksiya
- Yanğınlara qarşı keçi və qoyunları səfərbər etdilər
- “Qarabağ”ın Konfrans Liqasındakı rəqibi onlardır
- “Qarabağ” Konfrans Liqasında mübarizə aparacaq - Video-Yenilənib
- “Neftçi” də mübarizəni dayandırdı - Video-Yenilənib
- “Zirə” avrokuboklarla vidalaşdı - Video-Yenilənib
- Sabah Bakının bu üç ərazisində qaz olmayacaq