Fransa Prezidenti Emmanuel Makronun “Ermənistanla bağlı tarixi qərar verildi” açıqlamasına sevinənlər unutmasınlar ki, 1921-ci il oktyabrın 20-də Kilikiyanı Türkiyə nəzarətinə verən Fransa olub”.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Qaqik Ambaryan yazıb.
“NATO üzvü olan Fransa və Türkiyə Ermənistana görə heç vaxt bir-biri ilə müharibə etməyəcək. Fransa ermənipərəst bəyanatlardan başqa bizim üçün heç nə etməyib. Deməyib ki, rusları Ermənistandan çıxarın, gəlib etibarlı tərəfdaş və təhlükəsizliyin təminatçısı kimi onları əvəz edəcəyik.
Vaşinqton, Paris, Moskva, Tehran və güvəndiyimiz digər “paytaxtlar” nəinki problemlərimizi həll etməyəcək, həm də bizim hesabımıza türklərlə münasibətlərini yaxşılaşdıracaqlar”, – Ambaryan bildirib.
- Yanğınlara qarşı keçi və qoyunları səfərbər etdilər
- “Qarabağ” Konfrans Liqasında mübarizə aparacaq - Video-Yenilənib
- “Zirə” avrokuboklarla vidalaşdı - Video-Yenilənib
- Sabah Bakının bu üç ərazisində qaz olmayacaq
- Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru o oldu
- Notarius ilk məhkəməsində həbs edildi
- Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı
- Prezident həmkarları ilə qolf oynadı - Fotolar