Martın 1-dən bütün Qazaxıstanda vahid saat qurşağı tətbiq ediləcək.
BUTA.TV xəbər verir ki, bununla bağlı hökumətin “Qazaxıstan Respublikası ərazisində vaxtın hesablanması qaydası haqqında” qərarında müvafiq dəyişikliklər edilib.
Beləliklə, 5-ci saat qurşağı (UTC+5) Qazaxıstan Respublikasının bütün ərazisinə tətbiq ediləcək.
“Astana, Almatı, Çimkənt, Akmola, Cambıl, Qaraqanda, Kostanay, Pavlodar, Şimali Qazaxıstan, Türküstan, Şərqi Qazaxıstan vilayətləri və Abay, Jetisu, Ulıtau rayonlarında 2024-cü il 29 fevraldan 1 marta keçən gecə vaxt 1 saat geri çəkilməlidir”, - sənəddə qeyd olunur.
Qeyd edək ki, bu gün Qazaxıstanda iki saat qurşağı UTC+5 və UTC+6 var. Ölkə ərazisinin böyük hissəsi (qərb rayonları istisna olmaqla) UTC+6 zonasında yerləşir.
- Yanğınlara qarşı keçi və qoyunları səfərbər etdilər
- “Qarabağ” Konfrans Liqasında mübarizə aparacaq - Video-Yenilənib
- “Zirə” avrokuboklarla vidalaşdı - Video-Yenilənib
- Sabah Bakının bu üç ərazisində qaz olmayacaq
- Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru o oldu
- Notarius ilk məhkəməsində həbs edildi
- Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı
- Prezident həmkarları ilə qolf oynadı - Fotolar