İtkin düşən azərbaycanlı alpinistlərin axtarışı dayandırıldı

13:16 - 22 Yanvar 2024 - GÜNDƏM

 İtkin düşən azərbaycanlı alpinistlərin axtarışı dayandırıldı

Yanvarın 15-də Sərab mahalının Savalana yaxın yüksəkliklərində itkin düşən 3 azərbaycanlı alpinistin xilas edilməsi üçün aparılan axtarış işləri dayandırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Xiyav (Meşgin) şəhərinin fərmandarı Şəhram Məhəmmədi açıqlamasında bildirib.

O, axtarışların yanvarın 21-dən dayandırıldığını, itkin düşən alpinistlərin ailə üzvlərinin yenidən müraciət edəcəkləri təqdirdə axtarış əməliyyatlarının yenidən başladılacağını deyib.

Qeyd edək ki, yanvarın 19-da Ərdəbil əyalətinin Qızıl Aypara cəmiyyəti itkin düşən alpinistlərin telefon vasitəsilə əlaqə saxladığını və təxmini yerləşdikləri yer barədə məlumat verə bildiklərini açıqlamışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol