Xaçmaz rayonu İstisu qəsəbə tam orta məktəbi qəzalı vəziyyətdədir.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, şagirdlər dərs keçən zaman sinif otağına qar-yağış suları damıb.
Həmin vaxt şagirdlər çətin vəziyyətdə qalıblar.
Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, daha əvvəl də sözügedən məktəbin təmir-tikinti ehtiyacları müəyyən edilib:
“Bu barədə aidiyyəti qurumlara məlumat verilib. Sonuncu güclü qardan sonra çətin vəziyyət yaranıb və bu, məktəbin təmiri üçün çox zamanın olmadığını göstərir. Məktəbin təmir imkanlarının qiymətləndirilməsi məqsədilə idarədə müvafiq komissiya yaradılıb. Məktəbə baxış keçirilib”.
İdarədən vurğulanıb ki, məktəbin şagirdlərinin yaxın ərazidə yerləşən digər təhsil ocağına köçürülməsi üçün təhlillər aparılır.
- “Qarabağ” Konfrans Liqasında mübarizə aparacaq - Video-Yenilənib
- “Zirə” avrokuboklarla vidalaşdı - Video-Yenilənib
- Sabah Bakının bu üç ərazisində qaz olmayacaq
- Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru o oldu
- Notarius ilk məhkəməsində həbs edildi
- Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı
- Prezident həmkarları ilə qolf oynadı - Fotolar
- “Vulkanın üstündə ev tikdilər, indi yatdığımız yerdə uçub tökülür” - Fotolar