Musiqiçi, bəstəkar, “Boney M” qrupunun qurucusu Frank Farian (əsl adı Frans Royter) 83 yaşında vəfat edib.
Kult.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Məlumata görə, F.Farian Mayamidəki evində dünyasını dəyişib.
Qeyd edək ki, bəstəkar 1961-ci ildə "Frank Farian və kölgələr" (Frankie Farian und die Schatten) qrupunu yaradıb və onunla yerli restoranlarda, eləcə də rəqs klublarında çıxış edib. Şöhrəti isə 1964-cü ildə qrup Hamburqda beynəlxalq rok festivalında iştirak edərkən qazanıb. O, 1968-ci ildə solo karyerasına başlayıb. Lakin 1970-ci illərin ortalarından etibarən musiqiçi pop musiqiyə diqqət yetirməyə başlayıb.
Xatırladaq ki, o, “Rasputin” və “Daddy Cool” kimi “Boney M” qrupunun hitlərinin müəllifidir.
- “Qarabağ” Konfrans Liqasında mübarizə aparacaq - Video-Yenilənib
- “Zirə” avrokuboklarla vidalaşdı - Video-Yenilənib
- Sabah Bakının bu üç ərazisində qaz olmayacaq
- Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru o oldu
- Notarius ilk məhkəməsində həbs edildi
- Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı
- Prezident həmkarları ilə qolf oynadı - Fotolar
- “Vulkanın üstündə ev tikdilər, indi yatdığımız yerdə uçub tökülür” - Fotolar