Fövqəladə Nallar Nazirliyinin (FHN) Samux və Qax rayon Dövlət Yanğından Mühafizə Hissələrinin rəisləri işdən çıxarılıblar.
BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, müvafiq əmrlə Elnur Oqtay oğlu Xudaverdiyev Samux, Cəlaləddin Nazim oğlu Əfəndiyev isə Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.
Əhmədəli Eyvaz oğlu Eyvazlı Qax, Ruslan Zahid oğlu Mehtiyev Samux rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin olunub.
Qeyd edək ki, işdən çıxarılan Elnur Xudaverdiyev 2009-cu ildən Samux rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Cəlaləddin Əfəndiyev ötən ilin iyul ayından Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi olub.
- “Qarabağ” Konfrans Liqasında mübarizə aparacaq - Video-Yenilənib
- “Zirə” avrokuboklarla vidalaşdı - Video-Yenilənib
- Sabah Bakının bu üç ərazisində qaz olmayacaq
- Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru o oldu
- Notarius ilk məhkəməsində həbs edildi
- Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı
- Prezident həmkarları ilə qolf oynadı - Fotolar
- “Vulkanın üstündə ev tikdilər, indi yatdığımız yerdə uçub tökülür” - Fotolar