Aytənin Makrona fransızca sualı

10:54 - 24 Yanvar 2024 - GÜNDƏM

 Aytənin Makrona fransızca sualı

Gənc yazar Aytən Cavanşir Fransa Prezidenti Emmanuel Makrona fransızca müraciət edib.

Kult.az onun sözügedən müraciətini təqdim edir:

"Fransa mənim üçün ruhumun yeniləndiyi məkandır. Dili, incəsənəti, insanları, küçələri, Senası…

Bu gün ölkələrimiz arasında münasibətlərin korlanmasını istəməyən bəlkə də ilk insanlardanam. Çox təəssüf ki, heç cür sülhə razılaşmayan qüvvələr oyunbazlıqla məşğul olaraq ortada Azərbaycana qarşı absurd dram yaradır.

Bu xəbər hal-hazırda çox oxunur
Dünya niyə Əli Kərimlini müdafiə etmir?

Uduzan haqsız olsa da, qisasla yaşaya bilər, bunu anladım. Fəqət siz, cənab prezident - müsyö Makron, sizə təvazökar bir sualım olacaq. Hər siyasətçi tarixi mütləq ki, əzbər bilməlidir və bir çox hallarda dəbdə olmasa da, hər siyasətçi ədaləti, həqiqəti və insanlığı uca tutmalıdır. Odur ki, ən sevdiyim dillərdən biri olan fransızcada özünüzə bu sualı ünvanlayın.

- Cənab Makron, siz 90-cı illərdə harada idiniz? Daha dəqiq desək:

- Où étiez-vous en 1992, lorsque le pays que vous accusez luttait pour survivre à cause des actes terroristes horribles commis par ceux que vous défendez avec tant de véhémence et de toutes les manières possibles (1992-ci ildə siz harada idiniz? İndi ittiham etdiyiniz ölkə o zaman sizin bu qədər şiddətlə və hər cür müdafiə etdiyiniz şəxslərin törətdiyi dəhşətli terror aktları ucbatından sağ qalmaq uğrunda mübarizə aparırdı).

P.S. Bacarırsınızsa, sülhün əldə olunmasına yol açın, bunun üçün çarpışın, bunun mübarizəsini aparın!"


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol