Polis “Qırmızı kitab”a düşən quşu satan şəxsi cəzalandırdı

19:44 - 24 Yanvar 2024 - GÜNDƏM

 Polis “Qırmızı kitab”a düşən quşu satan şəxsi cəzalandırdı

“Qırmızı kitab”a düşmüş 10 ədəd “Bəzgək” quşunu qanunsuz tutub həyətində saxlayan və satışı ilə məşğul olan şəxs müəyyən edilib.

Bununla bağlı BUTA.TV-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qanunsuzluğa yol verən şəxs Hacıqabul rayonu Padar qəsəbəsində yaşayan Asif Emnalıyevdir.

“Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən götürülməsinə və ya onlardan istifadə edilməsinə görə vətəndaş A.Emnalıyev barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol