Bakıdan Tiflisə uçan təyyarə geri qayıtdı

12:28 - 25 Yanvar 2024 - GÜNDƏM

 Bakıdan Tiflisə uçan təyyarə geri qayıtdı

“Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8223 nömrəli Bakı-Tiflis reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

BUTA.TV xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, buna səbəb Tiflis hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (duman) olub.

Təyyarə yerli vaxtla saat 11:28-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tiflisə yola düşəcəklər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol