2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Binəqədi rayonunda qadın seçicilərlə görüş keçirilib.
BUTA.TV xəbər verir ki, tədbir başlayarkən Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva, təşviqat qrupunun üzvləri Səkinə Babayeva, Məlahət İbrahimova, Həcər Mirzəyeva çıxış ediblər.
Çıxışlarda böyük zəfərlərə doğru inamla və qətiyyətlə irəliləyən və doğma Vətənimizi işıqlı gələcəyə aparan dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha böyük inkişafı hədəfləyən siyasi kursdan və dövlət idarəçiliyindən danışılıb. Çıxışların əsas məğzi ondan ibarət olub ki, cənab İlham Əliyevin bütün sahələri əhatə edən uğurlu islahatları növbəti illərdə də davam etməlidir.
Azərbaycanlı jurnalistlə müsahibəyə görə erməni kanalı bağlandı - Video
Seçicilər bildiriblər ki, bunun üçün fevralın 7-də keçiriləcək seçkilərdə fəal iştirak edərək xalqımızın müzəffər Ali Baş Komandanı, əvəzsiz lideri İlham Əliyevə səs verəcəklər.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
- Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Foto
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir