AŞPA-nın İnsan Hüquqları üzrə yeni komissarı seçildi

17:34 - 25 Yanvar 2024 - GÜNDƏM

 AŞPA-nın İnsan Hüquqları üzrə yeni komissarı seçildi

Maykl Oflaherti Avropa Şurasının İnsan Hüquqları üzrə yeni komissarı seçilib.

BUTA.TV xəbər verir ki, bu barədə AŞPA-nın X sosial şəbəkəsində yaydığı bəyanatda bildirilib.

Məlumata görə, o, Dunya Miyatoviçi əvəzləyəcək və 6 il bu vəzifəni icra edəcək.

O'Flahertinin namizədliyini AŞPA-nın 104 deputatı dəstəkləyib (Bolqarıstandan Meqlena Kuneva 70, Avstriyadan Manfred Novak 37 səs toplayıb). Oflaherti bu il aprelin 1-də vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, Avropa Şurasının İnsan Hüquqları üzrə əvvəlki komissarı bosniyalı hüquq müdafiəçisi Dunya Miyatoviç olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol