Gəncədə qətl: Həsənov 30 manata görə öldürülüb

13:04 - 26 Yanvar 2024 - GÜNDƏM

 Gəncədə qətl: Həsənov 30 manata görə öldürülüb

Gəncə şəhər sakini 1986-cı il təvəllüldü Vasif Həsənovun qətlə yetirilməsinin bəzi detalları məlum olub.

BUTA.TV xəbər verir ki, 38 yaşlı Vasif Həsənovun 28 yaşlı Yaqub Həsənov tərəfindən öldürülməsinə səbəb aralarındakı borc məsələsi olub.

İlkin məlumata görə, Yaqub Həsənovun Gəncədə xeyir-şər çadırı verməklə məşğul olan mərhuma 230 manat məbləğində borcu olub. Borcdan 200 manat ödənilsə də, 30 manat qalıb. Tərəflər arasında mübahisə də buna görə baş verib. Mübahisə zamanı Yaqub Həsənov əlində olan kəsici alətlə Vasif Həsənova zərbələr endirib. Sonuncu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Yaqub Həsənov isə keçirilən əməliyyat tədbirləri ilə saxlanılaraq istintaqa təhvil verilib.

Artıq faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol