Ukrayna raketi ilə vurulan İl-76 hərbi-nəqliyyat təyyarəsinin qara qutuları ekspertiza üçün ixtisaslaşdırılmış elmi-tədqiqat institutunun laboratoriyasına çatdırılıb, onların vəziyyəti yaxşıdır və deşifrə üçün yararlıdır.
BUTA.TV xəbər verir ki, bu barədə “RİA Novosti” mənbəyə istinadən məlumat yayıb.
“Hər iki registrator yaxşı texniki vəziyyətdədir və deşifrə üçün yararlıdır. Praktikada qara qutuların deşifrə edilməsi orta hesabla 20-30 dəqiqə çəkir, baxmayaraq ki, istisnalar var və ekspertiza daha uzun çəkə bilər. Uçuşun son üç dəqiqəsi barədə məlumat vacibdir. Deşifrə ediləcək ilk amil səs yazıcısıdır. Çünki pilotların reaksiyası ilə təyyarəyənin xarici təsirə məruz qalıb-qalmamasını dərhal müəyyən etmək olar. İndi təyyarənin “Patriot” və ya “İRİS-T” ilə vurulduğunu anlamaq vacibdir”, - mənbə bildirib.
Qeyd edək ki, İl-76 nəqliyyat təyyarəsi yanvarın 24-də Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 65 ukraynalı əsir və 9 ekipaj üzvünün hamısı ölüb. Rusiya Müdafiə Nazirliyi onun Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu iddia edib.
Azərbaycanlı jurnalistlə müsahibəyə görə erməni kanalı bağlandı - Video
- Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Foto
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir