ABŞ İrana kəşfiyyat məlumatı ötürüb? - Tehran

14:20 - 26 Yanvar 2024 - GÜNDƏM

 ABŞ İrana kəşfiyyat məlumatı ötürüb? - Tehran

“Voll Strit Jurnal”nın Vaşinqtonun Kirmanda gözlənilən terror aktı ilə bağlı Tehranı xəbərdar etdiyinə dair iddiaları həqiqətə uyğun deyil.

BUTA.TV xəbər verir ki, bu barədə İRNA İran XİN-dəki mənbəyə istinadən məlumat yayıb.

İran kəşfiyyat xidmətlərindəki mənbə isə qeyd edib ki, əgər ABŞ belə bir mesaj ötürübsə, bu özünü qorumaq məqsədi daşıyır:

“ABŞ İrana məxfi mesaj ötürübsə, bu, yalnız Vaşinqtonu Tehranın cavab zərbəsindən qorumaq məqsədi ilə edilib, xüsusən də İsrailin Qəzza zolağında müharibəyə başlaması fonunda”.

Xatırladaq ki, yanvarın 3-də İranın Kirman şəhərində SEPAH generalı Qasım Süleymaninin ölümünün dördüncü ildönümü münasibətilə keçirilən dəfn mərasimi zamanı terror aktı baş verib, nəticədə 91 nəfər ölüb, yüzlərlə adam yaralanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol