Paşinyan Qaribaşvili ilə görüşdü

16:58 - 26 Yanvar 2024 - GÜNDƏM

 Paşinyan Qaribaşvili ilə görüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan Tiflisdə gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə görüşüb.

BUTA.TV xəbər verir ki, bu barədə N.Paşinyan X-də yazıb.

O bildirib ki, görüşdə regional sülh və sabitlik məsələsini müzakirə ediblər.

Hökumət başçıları, həmçinin ikitərəfli ticarət və iqtisadi əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, N.Paşinyan Gürcüstanda işgüzar səfərdədir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol